Daimi nümayəndəlik: “İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması münasibətlərin normallaşmasına yol açacaq”
Tarix: 10.06.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“Həll edilməmiş münaqişələr regionun təhlükəsizlik və inkişafına ən ciddi təhdid olaraq qalır. Mayın 16-da Vyanada keçirilmiş sonuncu yüksək səviyyəli görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinin canlanması üçün yaxşı imkan yaratdı. Biz hazırki status-kvonun davamsız və qəbuledilməz olması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrliyinin fikirləri ilə tamamilə razıyıq. Çünki kövrək status-kvo ciddi eskalasiyaya səbəb olur”. Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1104 saylı iclasında ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin çıxışına cavab bəyanatında deyilir. 
Bəyanatda bildirilir ki, substantiv danışıqlardakı inkişaf nəticəsində nailiyyətlər əldə etmək mümkündür: “Etimad quruculuğu tədbirləri münaqişənin siyasi yolla tənzimlənməsini tamamlamalı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələrinin aradan qaldırılması kontekstində nəzərdən keçirilməlidir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması regiondakı dinamikanı dəyişəcək və bütün xalqlar üçün faydalı olacaq münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün irəli sürülən hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və Vyanada əldə edilmiş razılaşmaları zəiflədir”.
Bəyanatda ATƏT-in qaçqın və məcburi köçkün məsələsinə az diqqət göstərməsinin dərin təəssüf doğurduğu qeyd olunub. 




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info