Bakıdan Urumçi və Quancoya aviareys açılacaq
Tarix: 10.06.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


İyul ayından Bakıdan Urumçi və Quancoya aviareys açılacaq. İyunun 10-da “China Southern Airlines” (Çin Cənub Hava Yolları) aviaşirkəti Bakı-Urumçi və Bakı-Quancoy aviareysinin təqdimatını keçirib.Təqdimatda “China Southern Airlines” aviaşirkətinin direktor müavini Çen Lixong Azərbaycanda fəaliyyətlərinin hər iki ölkənin ticarət və turizm sahəsinə böyük töhfə verəcəyini bildirib. Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini söyləyən direktor müavini fəaliyyətə başalayacaq aviareysin “İpək Yolu” layihəsinə dəstək olacağını da qeyd edib.“Çin Cənub Hava Yolları Çinin qərb zonasına uçmaqla bərabər, orada əsas avia infrastrukturların maliyyələşməsində böyük dəstək verib. Avadanlıqlarını daim yeniləyən şirkətimiz artıq “Boeing 777” təyyarəsi ilə sərnişinlərin rahat şəkildə səyahət etməsinə xidmət edir. 2006-cı ilin mart ayından Bakı-Urumçi aviareysimiz fəaliyyətə başlayıb. İqtisadi səbəblərə görə il yarım dayandırılan uçuşları iyul ayından yenidən bərpa etməklə yanaşı, bu xəttimi Quanjoya qədər uzadacağıq”, - deyə Çen Lixonq deyib.Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Azərbaycan və Çin xalqının mədəniyyətlərinin yüksək mübadiləsi və qarşılıqlı əməkdaşlıqr barədə fikirlərini söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyəti artıq başa çatır və burada fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın iqtisadi və sosial inkişafının şahidi olub. “Azərbaycan bir çox uğurlar əldə edib. Beynəlxalq səviyyədə keçirilən idman yarışlarına ev sahibliyi edərək dünya miqyasında tanınır və iqtisadi uğurları ilə yeni eranın başlanğıcını qoyur. Azərbaycan bütün xalqların birlikdə yaşaya biləcəyi bir ölkədir. Azərbaycandan xoş təəssüratlarla ayrılacağımı bildirmək istəyirəm. İyulun 3-dən fəaliyyətə başlayacaq aviareys də hər iki ölkənin sıx münasibətinə öz töhfəsini verəcək”, - deyə Xun Tsyuin vurğulayıb.Çin Cənub Hava Yollarının Bakı ofisinin satış agenti Nərmin Babayeva aviaşirkət barədə geniş məlumat verib, şirkətin göstərdiyi xidmətin keyfiyyətindən, həyata keçirilən yeniliklərdən danışıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info