Vergi auditi departamentində «Açıq qapı günü»
Tarix: 06.03.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi yanında Vergi auditi departamentində «Açıq qapı günü» keçirilib. Tədbirin keçirilməsində məqsəd KİV nümayəndələrini vergi xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan vergi auditinin təkmilləşdirilməsi və səyyar vergi yoxlamalarının artırılması istiqamətində görülən işlərlə tanış etmək olub.
Vergi auditi departamentin rəisi Habil Məmmədov KİV nümayəndələrinə departamentinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. KİV təmsilçiləri departamentin inzibati binası, iş otaqları, o cümlədən kamera ilə təchiz edilmiş vətəndaşların qəbul otağı ilə yaxından tanış olublar. KİV nümayəndələrinin nəzərinə çatdırılıb ki, Departamentin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazası yeniləşdirilib, əməkdaşlar operativ nəzarət sahəsinə aid olan qanunvericilik sənədləri toplanmış qovluqlar, kompüter tipli informasiya daşıyıcıları, həmçinin, nəzarətin çevikliyinin təmin edilməsi baxımından müasir texniki tələblərə cavab verən radio-rabitə vasitələri ilə təchiz edilib. Tətbiq edilmiş innovativ yeniliklər nəticəsində hazırda Departamentin əməkdaşları vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınması, bank hesabının açılması, NKA-ların qeydiyyata qoyulması kimi məsələləri elektron şəkildə keçirilə bilir. Habil Məmmədov bildirib ki, hazırda Bakı şəhərində 98 ticarət mərkəzi və yarmarka fəaliyyət göstərir. 2013-cü ilin əvvəlinə bu obyektlərdə 12 073 nəzarət kassa aparatı quraşdırılıb. Kassa aparatlarının 4 575-i «Sədərək», 2 792-si «Binə» ticarət mərkəzlərində, 4 706-sı isə digər 96 ticarət mərkəzləri və yarmarkalarda quraşdırılıb. Departament rəisi bildirib ki, bu obyektlərdə kassa aparatlarının quraşdırılması ilə bağlı heç bir problem yoxdur: «Sadəcə, belə obyektlərdə vergi ödəyicilərinin təbii olaraq tez-tez dəyişməsi ilə əlaqədar kassa aparatlarının quraşdırılması prosesi davamlıdır».




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info