Karateçilərimiz Asiya kubokunda uğurla çıxış edib
Tarix: 11.06.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Rusiyanın Barnaul şəhərində kosiki karate-do üzrə açıq Asiya kuboku yarışları keçirilib. Azərbaycanı mötəbər yarışda 6 idmançı təmsil edib. Bunkay kumite yarışlarında Azərbaycan komandası uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Rusiya, üçüncü pilləni isə Qazaxıstan komandası tutub. Şəxsi yarışlarda da karateçilərimiz uğurla çıxış ediblər.
Kumite yarışlarında Asim Məmmədli (12-13 yaşlılar arasında, 55 kq), Asiman Namazov (73 kq) və Faiq Bayramov (82 kq-dan yuxarı) qızıl medal qazanıblar. Asəf Məmmədov (12-13 yaşlılar arasında, 55 kq), Alina Berzigiyarova (12-13 yaşlılar arasında, 48 kq) yarışı gümüş, Nazim Mövsümzadə (73 kq) isə bürünc medalla başa vurublar. Kata yarışlarında isə Nazim Mövsümzadə və Alina Berzigiyarova qızıl, Asiman Namazov isə bürünc medala sahib olublar. Medalların sayına görə, komandamız yarışı birinci pillədə başa vurub.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Türkiyə Superliqası: “Qalatasaray” səfərdə məğlub oldu
24.05.2019
“Mançester Yunayted“ də Qrizmannı istəyir
24.05.2019
“Bu məğlubiyyət mənim üçün ağır zərbə idi“
24.05.2019
Qadın güləşçimiz İtaliyada gümüş medal qazanıb
24.05.2019
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info