“Gürcüstanda tikiləcək anbar Azərbaycan qazı hesabına doldurulacaq”
Tarix: 11.06.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“Gürcüstanda tikiləcək ilk yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq. Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. Kaladze bildirib ki, yeraltı qaz anbarının tikintisi ilə əlaqədar elan olunmuş tenderin nəticələri yaxın günlərdə açıqlanacaq. Anbarın tikintisinə isə sentyabr ayından başlanılması nəzərdə tutulub. Hazırda anbarın tikiləcəyi ərazidə son təhqiqat və araşdırma işləri aparılır. İşlər başa çatmaq üzrədir. Gürcüstanın energetika naziri anbarın tikintisində bir neçə ölkənin şirkətlərinin iştirak etmək istədiyini bildirib. O deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də tikintidə iştirak etmək niyyətindədir: “SOCAR, ümumiyyətlə, bu işlərdə birbaşa tərəfdaş kimi iştirak etmək niyyətindədir. Biz bunu alqışlayırıq və Azərbaycan şirkəti ilə işləməkdən məmnun olarıq. Amma hər şey tenderin nəticələrindən sonra məlum olacaq”. Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək. Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info