NATO Şərqi Avropada mövqelərini möhkəmlədir
Tarix: 11.06.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi ilə əlaqədar Almaniya bundesverində bir neçə milyardlıq investisiya qoyulmasının zəruri olması bildirilir. Tanklar üçün körpü salan “Leguan” tipli 31 qurğu, müasir radio qurğuları, həmçinin ərazilərin minalardan təmizlənməsi üçün qurğular alınmasına sərmayə qoymaq təklif olunur.
Radioqurğular daha çox vəsait tələb edə bilər. Almaniya ordusunun baş inspektoru Yorq Folmer deyib: “Kommunikasiya məsələsi bizi, həqiqətən, narahat edir”. Onun sözlərinə görə, Müdafiə Nazirliyindən bu barədə razılıq alınıb. İndi maliyyələşdirmənin hərtərəfli planlaşdırılması və onun həyata keçirilməsi gözlənilir. Bundesverin qarşısına qoyulmuş yeni vəzifələrdən biri Litvaya təqribən 600 əsgər göndərməkdir. Alyansın üç Baltikyanı dövlətdə, habelə Polşada olan batalyonlarının rotasiyası barədə qərar NATO-nun iyul ayında Varşavada keçiriləcək növbəti sammitində qəbul edilməlidir. Alman KİV-lərində yayılan məlumata görə, Şərqi Avropa ölkələrində NATO qüvvələrinin artırılması Ukraynada yaranmış mürəkkəb şəraitə alyansın cavabıdır.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info