Ukraynada gizli partizan qruplaşmaları formalaşır
Tarix: 11.06.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Ukraynada veteran - antiterror əməliyyatı döyüşçüləri kimi tanınan ATO üzvləri son zamanlar naməlum şəxslərin hücumuna məruz qalmaqdadır. Bu, onların Donbasda pul müqabilində öz vətəndaşlarını öldürməsi ilə əlaqələndirilir. Son məlumatlara görə, son günlər Ukraynada gizli partizan qruplaşmaları formalaşmaqdadır. Bu həftə naməlum bir qrup, könüllülərdən ibarət ATO üzvlərinə hücum edib.
Könüllülərin 128-ci briqadasının tərkibində vuruşan 32 yaşlı kiyevli Sergey Zelenskiy kafedə qarşılaşdığı belə bir sürpriz hücumun qurbanı olub. On nəfərə yaxın qrupdan ibarət dəstə 30 saniyə ərzində vetvran döyüşçüyə çoxsaylı zərbələr endirib. Bədəninin müxtəlif hissələrindən və baş nahiyəsindən çoxsaylı xəsarət alan veteran döyüşçü xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, hücumun baş verdiyi kafe yaxınlığında baş verənləri etinasızcasına müşahidə edən milis dəstəsi də olub... Hücum edən “partizan”ları məhz həmin milis bölməsinin müdafiə etməsi ehtimal edilir. Belə görünür ki, KİV-lərin təbliğ etdiyi “qəssabların qəhrəmanlığı”, Bandera və Şuxeviçin təbliğ edilən “qəhrəmanlığı” Ukrayna xalqının şüurunda çox da qalmır-tez-tez praktikada təkrarlanır. Xatırladaq ki, bir müddət bundan əvvəl “Pravda.ru” saytı son günlər Odessada hökumət əleyhinə baş qaldırmaqda olan ovqat barədə yazmışdı. Belə ki, ukraynalı jurnalist Roman Boçkala Odessa təəssüratlarını öz oxucularıyla bölüşmüşdü. O, yerli əhalinin əksəriyyətinin gizli və ya aşkar olaraq Rusiyaya qarşı rəğbət bəslədiyini bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info