AZAL aviaparkını genişləndirir
Tarix: 06.03.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaparkının genişləndirilməsini davam etdirir.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin verdiyi məlumata görə, bu ilin may ayından etibarən AZAL Braziliya istehsalı olan «Embraer» təyyarələrini alacaq: «Ümumiyyətlə, bu tipli 6 avialayner alınacaq ki, bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq». AZAL rəsmisi onu da bildirib ki, aviaşirkətin parkına, həmçinin iki yeni «Airbus A-340», 2014-cü ildə isə «Boeing-787 Dreamliner» təyyarəsi əlavə olunacaq: «Artıq «Airbus A-340» təyyarəsinin biri Bakıya gətirilib və hazırda heyət bu təyyarədə təlim uçuşları həyata keçirir. Daha sonra sözügedən avialayner interyer və rənglənmə işləri üçün xaricə göndəriləcək və aprelin sonunda AZAL-ın aviaparkına əlavə olunacaq. «Airbus»un ikincisi isə ölkəyə təxminən payız aylarında gətiriləcək». Qeyd edək ki, «Embraer-170» təyyarəsinin sərnişin tutumu 70-76, «Embraer-190»ın isə 100-ə bərabərdir. Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319» və 2 «Boeing-767-300ER» avialaynerləri mövcuddur. Aviaşirkətin balansında olan 6 ATR tipli təyyarə isə satışa çıxarılaraq realizə olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info