Sabiq Baş nazir prezident seçildi
Tarix: 11.06.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Sağ-mərkəzçi “Perulular dəyişiklik naminə” partiyasının namizədi, sabiq Baş nazir Pedro Pablo Kuçinski Peruda keçirilən prezident seçkilərinin 2-cü turunda qələbə qazanıb.
Bu barədə Seçki Proseslərinin Mərkəzi Ofisi məlumat verib. Rusiyanın NTV telekanalı xəbər verir ki, səsvermənin nəticəsinə görə Kuçinski seçicilərin 50,12 faizinin, onun rəqibi Keyko Fuximori (Perunun həbsxanada cəza çəkən sabiq prezidenti Alberto Fuximorinin qızı) isə vətəndaşların 49,88 faizinin etimadını qazanıb. Xatırladaq ki, iyunun 5-də Peruda prezident seçkilərinin 2-ci turu keçirilib. Səslərin hesablanması ucqar rayonlardan, həmçinin xaricdən bülletenlərin gətirilməsi səbəbindən ləngiyib. Bununla yanaşı, namizədlərə verilən səslər arasında fərq çox cüzi olub və Kuçinskinin qələbəsi yalnız indi təsdiqlənib. Perunun yeni dövlət başçısının inauqurasiyası iyulun 28-nə təyin edilib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək
26.05.2019
İran ABŞ-ı “gizli“ silahla hədələyib
26.05.2019
Tramp Meyin istefasından danışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info