Montpellier Universitetində təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub
Tarix: 11.06.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın nüfuzlu Montpellier Universitetinin ikili diplom proqramını qazanan ilk tələbələrinin adı bəlli olub.
UNEC-də I və II kurs təhsillərini uğurla başa vuran beş tələbə - Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan Leyla Balayeva, Sabir İbrahimov, Ülvi Dəmirli, Əlisafa Əlizadə və “Sabah” qruplarının İqtisadiyyat ixtisasında təhsil alan Elşən Tağızadə Montpellier Universitetindən rəsmi dəvət alıb. UNEC-lə Montpellier Universiteti arasında əldə edilən razılaşmaya görə, tələbələr III kurs təhsillərini Fransada alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra 4-cü kursdan təhsillərini UNEC-də davam etdirəcəklər. Montpellier Universitetinə dəvət məktubu alan tələbələr UNEC-in Fransada ilk elçiləri və təmsilçiləri olaraq Montpellier Universitetinin diplomunu alacaqlar. Fransada təhsil aldığı müddət ərzində onlar Montpellier Universitetinin digər tələbələri ilə eyni statusa malik olmaqla yanaşı, tələbə kartına və bütün hüquqlara sahib olacaqlar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info