“Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını anlamırıq”
Tarix: 11.06.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması bizim üçün anlaşılan deyil”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə APA-nın sualını cavablandırarkən bildirib.
"Böyük Vətən müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də bizim üçün anlaşılan deyil, niyə görə İrəvanda bu abidə qoyulub. Biz BMT Baş Assambleyasında bu qətnaməni qəbul edərkən Ermənistan bunun lehinə səs verib. Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur", - deyə M. Zaxarova Ermənistanın Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımı şərh edərkən bildirib. Qeyd edək ki, 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Bu il mayın 28-də İrəvanda Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksəkvəzifəli şəxslər iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info