İstedadlı uşaqların birinci sinfə qəbulu üçün elektron qeydiyyat davam edir
Tarix: 11.06.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə müvafiq əmrinin tələblərinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə altı yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların birinci sinfə qəbulu məqsədilə iyunun 7-dən müsahibəyə elektron qeydiyyat başlanılıb.
BŞTİ-dən bildiriblər ki, istedadlı uşaqların müsahibədə iştirakı üçün qeydiyyat “mektebeqebul.edu.az” saytında aparılır və bu proses iyulun 15-dək davam edəcək. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsahibələr iyunun 20-dən etibarən Bakıdakı 42 nömrəli tam orta məktəbdə aparılacaq. Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək. Ümumilikdə bu günədək altı yaşı tamam olmayan 3.691 uşaq mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib. Artıq altı yaşı tamam olmayan 2.485 uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə SMS göndərilib. Valideynlər müsahibənin nəticələrinə dair SMS aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbə müraciət etməlidirlər. Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilən məktəblərdə fəaliyyət göstərən məktəbə hazırlıq kursunu bitirən 704 uşaq üçün isə valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat alan xüsusi istedada malik uşaqlar birinci sinfə müsahibədənkənar qəbul olunacaqlar. Qeyd edək ki, artıq 504 nəfər altı yaşı tamam olmayan xüsusi istedada malik uşaq qəbulu müsabiqə əsasında təşkil olunan lisey və gimnaziyalara qəbul olunublar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info