Azərbaycanda əhalinin təbii artımı Avropada ən yüksək göstəricidir
Tarix: 06.03.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat”da qeyd edilib ki, son 10 ilin müqayisəsi göstərir ki, ölkədə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 19-a qalxıb. Azərbaycanda ölüm göstəricisi isə 6-dan 5,3-ə düşüb. Əhalinin təbii artımı 7,9-dan 13-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib və 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb.
Şəkərli diabet xəstələrinin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb, şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərdən ölüm halları hər 100 min nəfərə 62,1-dən 59-a enib.
Hazırda respublikada 2 mindən artıq xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə pulsuz təmin edilir.
2003-cü ildə respublikada körpə ölümü göstərici 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə mqqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.
Vərəmdən ölüm göstəricisi hər 100 min nəfərə 2003-cü ildə 10,1-dən 2012-ci ildə 4-ə enib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info