Melburnda “Azərbaycan Evi”nin açılışı olub
Tarix: 13.06.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə yaradılmış “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın (Azerbaijani Cultural Association of Victoria- ACAV) təşkilatçılığı ilə Melburn şəhərində “Azərbaycan Evi”nin (Azerbaijani House) açılış mərasimi olub. 
Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən verilən məlumata görə, tədbirə Viktoriya ştatının multikulturalizm məsələləri və eyni zamanda maliyyə naziri Robin Skot (Robin Scott), ştat hökümətinin multikulturalizm məsələləri üzrə kölgə naziri, xanım İnqa Peuliç (Inga Peulich), federal parlamentin Viktoriya ştatından olan millət vəkili, eyni zamanda Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin (Alan Griffin), Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov, səfirliyin əməkdaşları, Melburn şəhərində yaşayan və təhsil alan azərbaycanlılar qatılıb.   
Səfir R.Cəmşidov Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının çox əlamətdar hadisə olduğunu qeyd edib. O, “Azərbaycan Evi”nin məhsuldar fəaliyyət göstərməsi, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği və bu ştatda yaşayan Azərbaycanın diaspor nümayəndələrinin bu ev ətrafında sıx birləşməsi üçün səfirlik tərəfindən daim hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb. 
Nazir R. Skot, millət vəkili A. Qriffin və kölgə naziri İ. Peuliç də çıxış edərək əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan azərbaycanlıları təbrik ediblər. 
Çıxışlarda bildirilib ki, iki yüzdən çox millətin yaşadığı Melburn şəhərində belə bir evin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhfəsini verəcək.
 Daha sonra Azərbaycana dair videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyat, içkilər təqdim olunub. 
Tədbir zamanı  “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”nın rəhbərliyi və idarə heyətinin tərkibinin formalaşdırlmasına dair səsvermə keçirilib. 
Melburn şəhərində yaşayan azərbaycanlı, Viktoriya ştatının Xəzinə və Maliyyə Nazirliyinin əməkdaşı Rəşad Həsənov assosiasiyanın rəhbəri seçilib. 
Qeyd edək ki, “Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə 90-cı illərdə Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya Azərbaycan Mədəniyyət Asossiasiyası”na təmənnasız təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info