Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda tədbir keçirilib
Tarix: 13.06.2016 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Nəsimi Rayon İcra Hakimiyyətinin akt zalında Multikulturalizm ili mövzusunda geniş tədbir keçirilmişdir. Əvvəlcə tədbir Dövlət Himni ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq, tədbir iştirakçılarının salamlamış və bildirmişdir ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
Müstəqillik illərində isə bu mühüm tarixi ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin dövlətçilik dühası, siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir.
Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.

Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.
Natiq xüsusi vurğulamışdır ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir.
Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.
Tədbirdə Millət vəkilləri – Məlahət İbrahimqızı, Asim Mollazadə, Kamran Nəbizadə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və Dağ Yəhudilərinin dini icmasının sədri Melix Yevdayev də Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı çıxış etdilər.
Sonra tədbirdə iştirak edən Neft və Sənaye İnstitutunda və Bakı Slavyan Universitetində təhsil alan xarici tələbələr tədbir iştirakçılarına salamlarını çatdırmış, Azərbaycanda onlara göstərilən diqqət və qayğıdan danışmışlar.
Tədbirin bədii hissəsində 1 saylı tam orta məktəbin şagirdləri dünya xalqlarının rəqslərini nümayiş etdirmişlər.
Sonda xatirə şəkli çəkilmişdir.





 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info