ABŞ Senatında “Cənubi qaz dəhlizi” ilə bağlı brifinq keçirilib
Tarix: 06.03.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə ABŞ Senatında Ceymstaun Fondunun eksperti Vladimir Sokorun iştirakı ilə “Cənubi qaz dəhlizi” mövzusunda brifinq keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, brifinqdə Senatın Xarici əlaqələr və Enerji komitələrində təmsil olunan senatorların köməkçiləri iştirak ediblər. V.Sokor çıxışında “Cənubi qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən və Azərbaycanın bu layihədəki aparıcı rolundan ətraflı bəhs edib. O, Azərbaycan qazının ilk dəfə Avropa bazarına daxil olmasının Avropanın hazırkı enerji asılılığının azaldılması baxımından əhəmiyyətini qeyd edib. V.Sokor bu layihənin iqtisadi baxımdan səmərəliliyini qeyd etməklə yanaşı, ümumilikdə regionun təhlükəsizlik mühitinə müsbət təsir edəcəyini vurğulayıb. Ekspert “Cənubi qaz dəhlizi” layihəsinin ABŞ-ın maraqlarına cavab verdiyini deyərək, Vaşinqtonun bu layihəni dəstəkləməsinin vacibliyini xüsusi qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info