Pilotların tətili 50 min sərnişinə təsir edib
Tarix: 13.06.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


İsveçdə Skandinaviyanın ən iri aviadaşıyıcısının – “Skandinaviya Hava Yolları” (SAS) aviaşirkətinin 350-dən çox pilotunun tətili davam edir.İsveç KİV-ləri xəbər verir ki, iyunun 10-dan davam edən tətil nəticəsində təkcə iyunun 12-də 220 reys təxirə salınıb. Nəticədə təqribən 26 min sərnişin mənzil başına çata bilməyib. Tətil nəticəsində ümumən 50 mindən çox sərnişin zərər çəkib.Hazırda tərəflər danışıqları davam etdirsələr də, problem hələ ki həllini tapmayıb. Xatırladaq ki, pilotlar əməkhaqqının 3,5 faiz artırılmasını tələb edir, habelə əmək şəraiti şərtlərindən və əmək müqavilələrinin bəndlərini müxtəlif cür yozmağa imkan verən hüquqi mütəhərriklikdən narazılıqlarını bildirirlər.Vasitəçilər tərəfləri danışıqları bərpa etməyə çağırırlar, amma hələ nə həmkarlar ittifaqının, nə də işəgötürənin kompromisə gəlməyə imkan verən təklifi yoxdur.Münaqişə tərəflərinin hər biri mətbuat üçün açıqlamasında zərərçəkənlərdən üzr istəyir və onlara haqq qazandıran dəlillər gətirir. Məsələn, aviaşirkətin nümayəndələri hesab edirlər ki, pilotların tələbləri şirkətin xərclərini 10 faiz artıracaq. Nəticə etibarilə ümumi xərclər də təqribən 100 milyon İsveç kronu (təqribən 12 milyon dollar) çoxalacaq. Məlumatda deyilir: “Bazardakı vəziyyət nəzərə alınsa, onda şirkət bu qədər xərcin öhdəsindən gələ bilməyəcək”.KİV-lərin yazdığına görə, SAS aviaşirkəti yay mövsümünün başlanması, İsveç vətəndaşlarının çoxunun məzuniyyətlərini keçirmək üçün başqa ölkələrə yola düşməsi ilə əlaqədar yetərincə ağır vəziyyətdədir. Uzunmüddətli tətil şirkətin etibarını sarsıdır, onun nüfuzuna ziyan vurur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info