Naxçıvan muzeylərinin bir ayda 31 mindən çox ziyarətçisi olub
Tarix: 13.06.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeyləri ötən ay ərzində 6 min 575-i əcnəbi olmaqla, ümumilikdə 31 min 449 insan ziyarət edib. AZƏRTAC
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Heydər Əliyev Muzeyi və Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında interaktiv dərslər keçilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar müxtəlif mədəni-kütləvi tədbirlər, şeir müsabiqələri, sərgilər təşkil edilib, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi təşkil olunub.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı əllər” və “Göycə” festivallarında milli mətbəx nümunələrinin, şirniyyatların və əl işlərinin sərgi-satışı, folklor qruplarının, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının çıxışları olub.
Təhminə







 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info