Diaspor nümayəndələri Bakıda iftar süfrəsi arxasında
Tarix: 13.06.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün iftar süfrəsi verilib. Qonaqlar süfrə arxasında səmimi söhbət, o cümlədən diasporla bağlı fikir mübadiləsi ediblər. Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb dəvəti qəbul etdiklərinə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib: “Azərbaycan sizin öz eviniz, yurdunuzdur. Dünyanın harasında yaşamağınzdan asılı olmayaraq biz hamımız eyni millətin nümayəndələriyik. Sizlərin işi bilirik ki, çox çətindir. Xaricdə bizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə minnətdarlığımızı bildiririk. Çətin və məsuliyyətli işinizdə sizlərə uğurlar arzu edirik”. Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Kikboksinq Federasiyasının Mətbuat katibi Elnur Eltürk çıxış edərək milli diaspordan böyük gözləntiləri olduqlarını deyiblər. Gecənin fəxri qonağı olan Küveyt vətəndaşı, Vətənsevər Dostluq Cəmiyyətinin əməliyyat müşaviri Bədi Haşim Əli dəvətə görə “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb minnətdarlığını bildirib: “Sizin kimi insanlarla tanış olmağıma çox şad oldum. Azərbaycan və azərbaycanlılarla çox fəxr edirəm. Küveyt vətəndaşı olsam da Azərbaycanın xaricdə təbliği üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəm”. Görüşdə iştirak edən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Nacıyeva, Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova, Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla Kiani, Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, Hollandiya-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl, Azərbaycan - İndoneziya Dostluq Assosiasiyasının sədri Elmar İskəndərov və digərləri görüşün təşkilatçılarına öz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, xaricdə onların gördüyü işlərə vətəndə qiymət verilirsə, bu, onların diaspor məsuliyyətini daha da artırır. Gecənin sonunda “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb tərəfindən diaspor nümayəndələrinə hədiyyələr təqdim olunub.
Fuad Hüseynzadə
 





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info