“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi məktəbliləri mükafatlandırdı
Tarix: 13.06.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələrlə bağlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.Layihə çərçivəsində iyunun 11-də Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbir “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin layihə çərçivəsində təşkil etdiyi GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsinin yekunlarına həsr edilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaq olub. GMO məhsulların insan sağlamlığı üçün törətdiyi təhlükələr barədə söz açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri deyib ki, bu məhsulların Azərbaycan bazarlarına yol tapmasının istisna deyil, şagirdlərin GMO məhsullar barədə məlumatlı olması zəruridir. Daha sonra inşa müsabiqəsinin qalibləri açıqlanıb. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info