“ASAN imza” Haaqada təqdim ediləcək
Tarix: 13.06.2016 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“B.EST Solutions” şirkəti “ASAN imza” texnologiyasının beynəlxalq miqyasda tanıtımını uğurla davam etdirir.Ötən həftə Polşada baş tutmuş Elektron İmzaya dair XVI Avropa Forumunun ardından, Azərbaycanın mobil elektron imza xidməti olan “ASAN imza” iyunun 15-16-da Niderlandın Haaqa şəhərində keçiriləcək “Trust in the Digital World” (TDW) illik beynəlxalq konfransında təqdim ediləcək. Avropa Elektron İdentitet və Təhlükəsizlik Assosiasiyasının (EEMA), “Trust in Digital Life” (TLD) və “IDNext” qurumlarının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Avropa Birliyinin Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi və Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiyalar üzrə Baş Direktoratı tərəfindən dəstəklənir.Konfrans dünyanın müxtəlif yerlərindən nüfuzlu ekspertlərin, innovatorların və qlobal rəqəmsal identitet və elektron təhlükəsizlik sahəsinin əsas iştirakçılarının bir araya gəldikləri müzakirə və təcrübə mübadiləsi apardıqları platformadır. Konfransın əhatə etdiyi mövzulara qlobal elektron cəmiyyətin təşəkkül tapması, çevik bulud həlləri vasitəsilə informasiya texnologiyalarının transformasiyası, ağıllı şəhərlər və əşyaların interneti, kibertəhlükəsizlik, mobil dünyada uğurlu biznes modelləri və s. daxildir.Konfransda çıxış edəcək məruzəçilərin sırasında “Microsoft”, “IBM”, “Deloitte”, “Barclays”, “ABNAMRO Bank”, “Gemalto” şirkətlərinin, Twente, Mannheim, Coventry, Saarland universitetlərinin, eləcə də Avropa Birliyi və Avropa Komissiyasının müvafiq strukturlarının nümayəndələrinin yer alacağı gözlənilir.Tədbirdə, həmçinin “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpenin “Mobil identitet – vətəndaşın mobil pasportu” mövzusunda çıxışı dinləniləcək. Çıxış ərzində iştirakçılara Azərbaycanda tətbiq edilən mobil elektron imza texnologiyası olan “ASAN imza” xidməti barədə ətraflı məlumat veriləcək, “ASAN imza”nın bütün dövlət və özəl elektron xidmətlərə məhdudiyyətsiz giriş imkanı verməsi və qanunvericilik baxımından elektron mühitdə ümummilli vətəndaş pasportu ilə bərabər hüquqlar verməsi barədə danışılacaq. “ASAN imza” xidmətinin fəaliyyəti ilə bağlı statistik icmalın da daxil olacağı çıxışda Azərbaycanın innovativ brendi olan “ASAN xidmət”, elektron vergi və gömrük sistemləri, Elektron Hökumət portalı və digər innovasiyalar barədə də söhbət açılacaq.Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “ASAN imza” texnologiyası mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. “B.EST Solutions” şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. Xidmət təminatçıları üçün tətbiqinin asanlığı və son istifadəçi üçün əlçatanlılığının yüksək olması bir qayda olaraq beynəlxalq müstəvidə “ASAN imza” texnologiyasına yüksək maraq yaradır.“ASAN imza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti digər elektron xidmət təminatçıları ilə birgə Azərbaycanı dünyada mobil imzanın istifadəsinin ən yüksək olduğu ölkəyə çevirməyi hədəfləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info