İran Suriyaya 1 milyard dollar kredit ayırıb
Tarix: 06.03.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Gazeta.ru” yazır ki, rəsmi şəkildə qeydə alınmış Suriya qaçqınlarının sayı bir milyon nəfərə çatıb. Onlardan 1/3-i Suriyanı cari ilin əvvəlində tərk edib.
Bu haqda BMT məlumat verir. Müşahidəçilərin sözlərinə görə, qonşu ölkələr hər gün sərhədi keçən minlərlə mühaciri qəbul etməkdə çətinlik çəkir. Hüquq-müdafiə təşkilatları və yardım fondları, öz növbəsində isə, maliyyə çatışmazlığından şikayət edirlər. Onların sözlərinə görə, xeyriyyəçilər tərəfindən söz verilmiş 1,5 milyard dolların yalnız çox cüzi hissəsini ala biliblər. Yeri gəlmişkən qeyd edək ki, Suriya parlamenti Suriya Ticarət Bankı ilə İranın İnkişaf Bankı arasında 1 milyard dollar həcmində kredit xəttinin açılışını təsdiq edib. “İRNA” xəbər verir ki, qeyd olunan kredit xətti İran mallarının Suriyaya ixracını, həmçinin, bu ölkədə bir sıra layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Parlament iclasında, o cümlədən ABŞ, İsrail, bir sıra Qərb və ərəb ölkələrinin təşəbbüsü ilə sui-qəsdlərə qarşı aparılan mübarizədə ölkələrə dəstək olan İran hökumətinə minnətdarlıq ifadə edilib. Qeyd edək ki, Suriya və İran arasında kredit xəttinin açılması ilə bağlı razılaşma Suriya Ticarət Bankı və İranın İnkişaf Bankı rəhbərləri tərəfindən yanvarın 16-da Tehranda imzalanıb.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info