Ermənistan Müdafiə Nazirliyi ilə bağlı növbəti qalmaqal
Tarix: 13.06.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Ermənistan Müdafiə Nazirliyi ətrafında növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Sergey Ayrapetyandır. 
"Joxovurd" qəzeti yazır ki, Ermənistan Müdafiə Nazirliyinin departament rəisi, polkovnik Samvel Xaçatryan bu ilin martında “L tech comp.” MMC tərəfindən Müdafiə Nazirliyinə satılan texnikanın qiymətlərinin şişirdildiyini aşkarlayıb. 
Bu barədə söhbət yayılmağa başlayandan sonra S. Ayrapetyan S. Xaçatryana xəbərdarlıq edib ki, bu məsələni unutsun, bu barədə yuxarı dairələrə məruzə etməsin. Ancaq S. Xaçatryan onun xəbərdarlığına məhəl qoymayıb və aşkarladığı qanun pozuntusunu nazirliyin yuxarı dairələrinə məruzə edib. 
Bundan sonra isə S. Xaçatryan həbs olunub. Yaxınları təkidlə bildirirlər ki, onun həbsi quramadır və S. Ayrapetyan tərəfindən təşkil olunub. 
Qəzet yazır ki, bu il martın 15-də Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsinin baş mütəxəssisi Arsen Qaribcanyan rüşvət götürməkdə təqsirli bilinərək həbs olunub. O, müstəntiqlərə bildirib ki, S. Ayrapetyan onu təhqir edib, hədə-qorxu gəlib. Ayrapetyan onu təhdid edərək, S. Xaçatryanın əleyhinə ifadə verməsini istəyib. 
Qəzet onu da qeyd edir ki, nazir S. Ohanyan və onun mühafizə xidmətinin rəhbəri S. Ayrapetyan təhlükəsizlik xidmətinin rəhbəri şirkətlərin nazirliyə istədikləri qiymətə məhsullar satmasına göz yummağa davam edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info