Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər verilib
Tarix: 13.06.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zaqatala rayonunda inşa olunmuş 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. 
Yeni mənzillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, habelə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar. 
Evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olmuş insanların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün onların mənzillə təminatı respublikamızda icra olunan mühüm sosial proqramlardan biridir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu ilin ötən dövründə bu təbəqələrdən olan 193 nəfər vətəndaşın yeni mənzillə təminatı həyata keçirilib. Hazırda respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinin, 8 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info