Venesuelada 7 günlük matəm elan edilib
Tarix: 06.03.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Hökumət Uqo Çavesin xəstəliyini düşmənlərin törətdiyi təxribat adlandırıb

Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı dövlət mərasimi xarici liderlərin iştirakı ilə cümə günü Karakasda hərbi akademiyanın binasında baş tutacaq. “RİA Novosti” xəbər verir ki, bu barədə Venesuela XİN rəhbəri Elias Xaua bildirib.“Biz bütün dövlət və hökumət başçılarına, XİN rəhbərlərinə göstərdikləri həmrəyliyə görə minnətdarıq.
Bildiririk ki, dövlət və hökumət rəhbərlərinin, rəsmi nümayəndə heyətlərinin iştirakı ilə rəsmi mərasim martın 8-də səhər saat 10-da Karakasda hərbi akademiyanın zalında keçiriləcək” deyə o, qeyd edib. Venesuelada Uqo Çavesin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. Venesuelanın Silahlı Qüvvələri artıq vitse-prezident Nikolas Maduroya hərbi and veriblər. Ölkənin qanunlarına əsasən, yaxın 30 gün ərzində yeni dövlət başçısının seçkiləri elan oluna bilər. Venesuela hökuməti Uqo Çavesin xəstəliyini düşmənlərin törətdiyi təxribat adlandırıb. Hətta Uqo Çavesin özü də vaxtilə ABŞ-ın insanları xərçəng hüceyrələri ilə yoluxduran bir vasitə icad edə biləcəyini istisna etməmişdi. Çavesin öldüyü gün N.Maduro ölkədən iki ABŞ diplomatının çıxarılmasına dair göstəriş verib. Səfirliyin hər iki əməkdaşı casusluqda ittiham olunaraq “persona non qrata” elan olunub. ABŞ prezidenti Barak Obama Çavesin ölümünə münasibət bildirərkən qeyd edib ki, Venesuela “tarixində yeni fəsil başlayır”: “Prezident Uqo Çavesin ölümü ilə əlaqədar bu ağır vaxtda ABŞ Venesuela xalqına öz dəstəyini təsdiqləyir. Vaşinqton Venesuela hökuməti ilə konstruktiv münasibətlərin olmasında maraqlıdır”. Qeyd edək ki, Barak Obama nitqində Uqo Çavesin ölümü ilə bağlı başsağlığı ifadə olunmayıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək
26.05.2019
İran ABŞ-ı “gizli“ silahla hədələyib
26.05.2019
Tramp Meyin istefasından danışdı
25.05.2019
Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info