“TAP nəinki İtaliya, hətta bütün Avropa üçün iri layihə olaraq qalır”
Tarix: 13.06.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Trans-Adriatik qaz kəmərinin (TAP) Yunanıstanın Soloniki şəhərində təməlinin qoyulması 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində böyük bir addım idi”. Bu sözləri bu gün Romada keçirilən Azərbaycan-İtaliya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında İtaliyanın xarici işlər naziri Paolo Centiloni bildirib.
Onun sözlərinə görə, TAP enerji mənbələrinin şaxələndirilməsi baxımından nəinki İtaliya, hətta bütün Avropa üçün iri layihə olaraq qalır. 
Azərbaycan tərəfdən Azərbaycan və İtaliya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri energetika naziri Natiq Əliyevdir. Komissiyanın iclasında iştirak etmək məqsədilə energetika nazirinin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti İtaliyaya səfər edib. 
N. Əliyev və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Benedetto Della Vedovanın birgə sədrliyi ilə keçirilən iclasda Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti təhlil edilərək, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. İclasda İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin 2020-ci ildən Azərbaycan qazının İtaliya və Avropaya tədarükünü təmin edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlərə həsr olunmuş çıxışı, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub. 
Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 16 dekabr 2013-cü il tarixində Bakı şəhərində keçirilib. Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. İtaliya Statistika İnstitutunun (İSTAT) məlumatına görə, 2006-2015-ci illərdə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,5 mlrd. avrodan 5 mlrd. avroya qədər artıb. 2015-ci ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 2 mlrd. 842,10 mln. ABŞ dolları olub. İki ölkə arasında iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır. 2015-ci ildə Azərbaycan İtaliyaya dünya üzrə xam neftin ilk, karbohidrogenlərin isə ikinci ən mühüm təchizatçısı olub. İtaliya istifadə etdiyi 20% nefti Azərbaycandan alır. 
Strateji cəhətdən əhəmiyyət kəsb edən və enerji resurslarının təchizatının diversifikasiyasına imkan yaradacaq TAP kəməri ilə bağlı işlərə isə İtaliya öz ərazisində bu ilin mayın 13-də start verib. İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq TAP qaz boru kəmərinin səhmdarıdır. TAP kəmərinin quraşdırılması prosesində iştirak hüququ qazanan şirkətlərdən biri “Saipem” şirkətidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info