Avstriya və İndoneziya parlamentləri Xocalı soyqırımını müzakirə edəcəklər
Tarix: 06.03.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı digər Avropa ölkələrində olduğu kimi qətnamənin qəbul edilməsi üçün AŞPA-dakı azərbaycanlı həmkarlarımla mütəmadi müzakirələr aparırıq”. Bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Fridz Noqebaun verib.
O qeyd edib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr gedir və AŞPA iclasları çərçivəsində bununla bağlı çox ciddi debatlar təşkil olunur. F.Noqebaun eyni zamanda iki gündür Bakıda keçirdiyi görüşlərin nəticələrindən də danışıb. O bildirib ki, iki gün ərzində yüksək səviyyəli görüşlər baş tutub və bu görüşlərin iki ölkə arasında bəzi layihələr üçün, xüsusilə parlamentlərarası əlaqələrin inkişafı üçün ciddi əhəmiyyəti var. Qeyd edək ki, F. Noqebaunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Qeyd edək ki, analoji müzakirənin İndoneziya parlamentində aparılması gözlənilir. Bu məsələ Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin İndoneziya parlamentinin Birinci Komissiyasının sədri Mahfuz Sıddıq ilə görüşündə də müzakirə edilib. Görüş zamanı səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, habelə bu təcavüz əsnasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər, xüsusilə də Xocalı soyqırımı haqqında qarşı tərəfə geniş məlumat verib. Səfir 2012-ci ilin yanvar ayında İƏT ölkələrinin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində baş tutmuş konfransında Xocalı soyqırımının üzv ölkələrin parlamentləri tərəfindən tanınmasına dair qəbul olunmuş qətnamənin yerli dildə tərcüməsini qarşı tərəfə təqdim edib. O həmin konfransa ev sahibliyi və sədrlik etmiş İndoneziya parlamentinin qeyd olunan qətnamənin icrasının təminatçısı şəklində çıxış etməsini və bu qətnaməni icra etməklə bütün İƏT ölkələrinə nümunə olmasını istədiyini bildirib. M. Sıddıq öz növbəsində Azərbaycanın Papua məsələsində İndoneziyaya hər zaman dəstək nümayiş etdirdiyini bildirərək, indi sıranın İndoneziyada olduğunu və Xocalı soyqırımının İndoneziya parlamenti tərəfindən tanınması üçün əlindən gələn bütün köməklikləri göstərəcəyini qeyd edib. İndoneziya parlamentinin Birinci Komissiyasının sədri Azərbaycana dəstək göstərəcəklərini və Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılacağını vurğulayıb.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info