8 komandalı çempionat
Tarix: 14.06.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


AFFA rüsum və cərimələrin məbləğini azaltdı
“Birinci diviziondan heç bir kluba lisenziya verilmədi. Bunun üçün bank təminatı lazımdır. Bu tələbə isə heç biri cavab vermədi”.
Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib. Qeyd edək ki, dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub. İK üzvləri iyunun 7-də keçirilən toplantıdan sonra 8 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyini bildirmişdilər. Bununla belə, həmin iclasda iştirakçıların sayının hələ tam dəqiqləşmədiyi qeyd olunmuşdu. Bildirilmişdi ki, 8 komandadan başqa, heç bir kluba lisenziya verilməsə, çempionat elə bu sayda komandanın iştirakı ilə 4 dövrəli sistem üzrə keçiriləcək. Dünən yenidən toplaşan İK üzvlərinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, ölkə çempionatının növbəti mövsümündə 8 komandanın iştirak edəcəyi dəqiqləşib: “İclasda “Xəzər Lənkəran” və “Rəvan”ın da məsələsinə baxıldı. Onların böyük miqdarda cərimələri olduğu üçün Premyer Liqada saxlanılmaları qeyri-mümkündür. Əks təqdirdə, AFFA da FİFA tərəfindən cəzalandırıla bilər. Beləliklə, qərara alındı ki, çempionat müvəqqəti olaraq 8 komandanın iştirakı ilə keçirilsin. Ancaq baş katibliyə tapşırıq verdik ki, gələn ilə Premyer Liqa üçün 4 komanda hazır olsun. Yəni, 2017/2018 mövsümündə çempionat 10, imkan olsa 12 komandanın iştirakı ilə keçirilsin”. R. Abdullayev iclasda müzakirə olunan digər məsələlərə də toxunub: “Qərar alındı ki, legioner rüsumu 5 min manata salınsın. Milli üzvləri olan legionerlər üçün isə çempionatda iştirak pulsuz olacaq. Bunu ona görə etdik ki, klublar daha səviyyəli legionerlər gətirsinlər. Eyni zamanda qərara alındı ki, PFL tərəfindən tətbiq olunan cərimələr 20 faiz azaldılsın”.





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info