“Müxaliflər nəinki real dünyada, virtual dünyada da heç bir çəkiyə və siyasi önəmə malik deyillər”
Tarix: 06.03.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


“Müxalifət təhtəlşüuri olaraq iqtidarla mübarizədə məğlub olduğunu bəyan edir”

Sosial şəbəklərdə son vaxtlar ölkədəki siyasi proseslər, seçkilərlə bağlı tez-tez sorğular keçirilir. Bu cür sorğuların nəticələrinə görə, iqtidar namizədi, Prezident İlham Əliyev birinci pillədə yer alır. Onun ardınca isə sorğuda adları verilmiş namizədlər yer alır. Bu namizədlər arasında olan Əli Kərimli, İsa Qəmbər kimiləri isə bu cür sorğularla bağlı da cığallıqlara əl atmağa başlayıblar. Onlar tez-tez həmin sorğuların nəticələrindən narazılıqlarını bildirirlər. Çünki bu nəticələr də onların qarşıdakı seçki ərəfəsində cəmiyyətdə heç bir nüfuzunun və çəkisinin olmadığını ortaya qoyur. Eyni zamanda müxaliflər bu cür nəticələrə görə həm də bir-birilərini ittiham etməyə başlayıblar. Belə ki, Əli Kərimli İsa Qəmbərdən qabaqda olduqda, bu, Müsavatın qısqanclıqlarına səbəb olur, İsa Qəmbər önə keçdikdə isə AXCP onu “topa” tutur. Beləcə, sosial şəbəkələrdəki sorğuların nəticələri də müxalifətin siyasi proseslərə, eyni zamanda da bir-birilərinə qarşı dözümsüzlüyünü, kövrəkliyini açıq şəkildə ortaya qoyur.

Bu barədə bizə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elçin Mirzəbəyli belə qeyd edir: “Onlar nəinki özlərinə sərf etməyən bu cür sorğulara, ümumiyyətlə, Azərbaycanda gedən bütün proseslərə bu cür skeptik yanaşırlar. Bu cür yanaşma isə prinsip etibarilə bu insanların siyasi düşüncəsində olan problemlərdən irəli gəlir. Onların bu cür sorğularla bağlı bir-birilərinə qarşılıqlı ittihamlar yağdırması onu sübuta yetirir ki, bu insanlar hakimiyyətin namizədi ilə rəqabət aparmaq gücündə olmadıqlarını etiraf edirlər və yalnız bir-biriləri ilə rəqabət aparmaq çabalarını davam etdirməyə çalışırlar. Bu cür rəqabət radikal müxalifət daxilindəki münasibətlərin mahiyyətini təşkil edir. Bu rəqabət Azərbaycandakı siyasi proseslərdə aktiv iştirak etmək deyil, sadəcə bir-birilərinə yönəlik destruktiv addımlardır. Onlar təhtəlşüuri olaraq iqtidarla mübarizədə məğlub olduqlarını bəyan edirlər.
Digər tərəfdən isə bu cür sorğuların nəticələrinin qəbuledilməzliyi və siyasi proseslərə aşırı aqressiv münasibət, təbii ki, təəssüfləndirici bir faktordur. Onların bu cür fəaliyyəti uzun illərdir ki, davam edir. Eyni müxalif başçıların bu cür davranışlarından söhbət gedir. Bu baxımdan Azərbaycan siyasi palitrasında yenilənmələrin getməsi də zəruridir. Eyni siyasətçilərin, uğursuz partiya başçılarının, sorğulardan da uğursuzluqları açıq-aşkar görünən bu cür müxaliflərin yerlərini yeni insanlara verməsinin vaxtı çoxdan gəlib çatıb. Yalnız qarşıdurma və dava-dalaş yolu ilə gündəmə gəlməyə çalışan insanlar, partiyadaxili və müxalifətdaxili demokratik proseslərə mane olan insanlar siyasətdən getmədikcə, bu sahədə problemlər olduğu kimi qalacaq. Amma başqa bir tərəf də var. Qənaətimcə, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün kifayət qədər ciddi addımlar atılır. Bu istiqamətdə addımlar genişləndikcə belə bəd düşüncəli başçıların siyasətdə uzun illər qalması mümkün olmayacaq”.
E.Mirzəbəyli bildirdi ki, həmin qüvvələrə bütövlükdə nə sosial şəbəkələrdə, nə də real cəmiyyətdə etimad yoxdur. Bu da sorğuların nəticələrindən tutmuş, seçkilərə qədər özünü açıq şəkildə hər dəfə büruzə vermiş olur: “Azərbaycan seçicisi hər seçkidə onlara layiq olduqları qiyməti verir. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin onlara mənfi və inamsız münasibəti də tez-tez özünü büruzə verib. Əslində bu cür münasibət yenilik deyil, çoxdan - uzun illərdən bəri tez-tez göstərilən münasibətlərdir. İnsanlar onların uğursuz simalarından beziblər, indiyə qədər nə qədər yalançı vədlər vermək, şoular düzəltmək və sonda da yalançı çıxmaq olar? İndiyə qədər bu adamlar real cəmiyyətdə insanları və eləcə də olan-qalan elektoratlarını aldatmaqla, özlərinin əsl yalançı simalarını hər kəsə faş ediblər”. E.Mirzəbəyli qeyd etdi ki, buna görə də müxaliflər nəinki real dünyada, virtual dünyada da heç bir çəkiyə və siyasi önəmə malik deyillər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”
18.04.2019
Dini liderlərin Bakı sammiti ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18.04.2019
Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
18.04.2019
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib
17.04.2019
Müxalifət daxilində yeni dava

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info