“ArmenianReport”: “Ermənistan hakimiyyəti əsgərin müalicəsi üçün pul tapmır”
Tarix: 14.06.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Nə Ermənistanın Səhiyyə Nazirliyi, nə də dövlətin özü yaralı əsgərin müalicəsi üçün heç bir yardım göstərməyib”.
Bu fikirlər “ArmenianReport” saytında yayılan müəllif yazısında qeyd edilirb. Həmin yazıda müəllif qeyd edir ki, bu il aprelin 21-də Ermənistan hökumətinin iclasında döyüş bölgələrində yaralanmış erməni əsgərlərinin müalicəsinin dövlət rəhbərliyinin öz üzərinə götürməsi, onların həm ölkə daxilində, həm də xaricdə müalicə xərclərinin ödənəcəyi barədə məlumat verilmişdi: “İclasda o da qeyd edilmişdi ki, ölkə daxilində müalicəsi mümkün olmayan əsgərin xaricdə müalicəsinin bütün, o cümlədən yol xərcini də dövlət öz üzərinə götürür. Həmin iclasda çıxış edən baş nazir Ovik Abramyan da müəyyən edilmiş qaydaya əsasən, xaricə müalicə üçü göndərilən bütün yaralı əsgərlərin müalicə və yaşam xərcini dövlətin öz üzərinə götürdüyünü bəyan etmişdi. Təbii ki, ölkə rəhbərliyinin bu təşəbbüsü Ermənistanda müsbət qarşılanmışdı. Lakin sonradan məlum oldu ki, ölkə rəhbərliyinin bu bəyanatı, sadəcə olaraq kağız üzərində qalan yalandan başqa bir şey deyilmiş. Bunun əyani sübutunu yaralı əsgər Arman Ləzgiyanın atası Mikael Ləzgiyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Almaniyada müalicə alan oğluna dövlət tərəfindən 10 dram belə, yardım göstərilməyib. Onun sözlərinə görə, artıq 25 ildən artıq bir müddətdə müharibə şəraitində yaşayan ölkədə xaricdə müalicəyə ehtiyacı olan yaralı əsgərlər üçün Ermənistan dövlətinin heç bir sistemli yanaşması mövcud deyil. Mikael Ləzgiyan ölkə rəhbərliyinin yaralı əsgərlərin müalicəsi ilə bağlı verdiyi bəyanatların yalandan başqa bir şey olmadığını bildirib. Xatırladaq ki, Almaniyada müalicə alan Arman Lazqiyan bel nahiyəsində yaranmış problemlə bağlı başqa klinikaya köçürülməlidir. Armanın müalicəsi üçün "xüsusi vəsait" hesabına yığılan 39.000 avronun müəyyən hissəsi artıq xərclənib. Bununla yanaşı, yeni reabilitasiya mərkəzinə köçürüləcək yaralı əsgərin müalicəsi üçün hər ay 30 000 avro tələb olunur. Erməni ailəsinin belə bir xərci ödəyə bilməsi imkan xaricindədir. Bunu Ermənistanın səhiyyə naziri Armen Muradyan da yaxşı bilir. O, jurnalistlərə açıqlamasında yaralı əsgərlərin xaricdə müalicəsi ilə bağlı yaranmış maliyyə çətinliklərini etiraf edərək, yaralı əsgərlərin valideynləri ilə məsləhətləşmədən sonra, onların müalicəsinin Ermənistanda davam etdirilməsi barədə razılığa gəldiklərini bildirib. Etiraf edilməlidir ki, hazırda Ermənistanda milyonlara sahib olan dövlət rəsmiləri- prezident Sərkisyan, onun oliqarx qardaşı Saşik , baş nazir Ovik Abramyan və digərləri yaralı əsgərlərin müalicə xərclərinin bir hissəsini öz boyunlarına götürə bilərlər. 39 min avro onlar üçün dəryada bir damladır. Təəssüf ki, Ermənistan dövlətinin oliqarx sistemi, yalnız Sərkisyan qəbiləsinə işləyir və bu sistem Ləzgiyan ailəsi üçün cüzi bir məbləğ ayırmaq niyyətində deyil”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info