Amerika faciəsi: Orlandoda törədilən terror aktının təfərrüatları
Tarix: 14.06.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


“İŞİD” ABŞ-dakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Florida ştatının Orlando şəhərində törədilən terror aktı Birləşmiş Ştatların müasir tarixinə bu qəbildən olan ən qanlı hadisələrdən biri kimi daxil olub. Müştəriləri cinsi azlıqlar olan “Florida Pulse” gecə klubunda ilk atəş səsləri iyunun 12-də təxminən saat 02:00 radələrində (Bakı vaxtilə 10:00) eşidilib.
Həmin vaxt klubda 350 nəfərə yaxın şəxs olub. Hücum edən onlardan bir neçəsini girov götürüb. Polis hadisə yerinə basqın xəbəri yayıldıqdan bir neçə dəqiqə sonra gəlib. Hüquq mühafizə orqanları əməkdaşlarının kluba hücumu hadisədən təxminən üç saat sonra başlayıb. Yerli vaxtla saat 05:00-da xüsusi təyinatlı dəstənin döyüşçüləri zirehli maşınla klubun qapısını qıraraq cinayətkarı güllə ilə vurublar. Faciə nəticəsində 50 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralılardan bir neçəsi ağır vəziyyətdədir. Terror aktını 29 yaşlı Amerika vətəndaşı Ömər Mətin törədib. O, Nyu-Yorkda doğulub, Floridada yaşayıb. Valideynləri əfqan əsillidir. Terrorçu qanuni yolla aldığı avtomat və tapança ilə silahlanıb. Hücum vaxtı xilasetmə xidmətinə zəng vuraraq “İŞİD” qruplaşmasına sadiqliyini bildirib. CNN telekanalının məlumatına görə, Mətin dünyada ən böyük mühafizə şirkətlərinin birinin əməkdaşı olub. Ömər iki dəfə evlənib. Keçmiş birinci arvadı Sitora Yusufay onun ruhi xəstə olduğunu bildirib. İkinci arvadı “The Washington Post” qəzetinə əri tərəfindən dəfələrlə döyüldüyüni deyib. Barak Obama Ağ evdəki çıxışında “Florida Pulse” klubuna hücumun terror aktı olduğunu bəyan edib. “Reuters” agentliyinin məlumatına əsasən kütləvi qətlin məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb. ABŞ Prezidenti Barak Obama hadisənin terror aktı olduğunu bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info