Mübariz Qurbanlı: “BMT qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir”
Tarix: 14.06.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu deyən M. Qurbanlı bildirib ki, məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur.
Ölkəmizin dünyaya tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıran komitə sədri Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini qeyd edib. “Biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Bu istiqamətdə tədbirlər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanuna müvafiq formada həyata keçirilir, dini radikalizmlə mübarizə hüquqi, iqtisadi və ideoloji təbliğat olmaqla, üç istiqamətdə aparılır”, - deyə o vurğulayıb. Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. M. Qurbanlı bildirib ki, BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərin boşaldılmasına dair 4 qətnamə qəbul etsə də, onlara əməl edilmir. O qeyd edib ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir. Q. İsakzai isə ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu, bu inkişafın Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verdiyini vurğulayıb. Dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti yüksək dəyərləndirən Q. İsakzai Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını da diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info