“Beynəlxalq tədbirlərdə SOCAR-ın loqotipinin yer alması onun iqtisadi imkanlarının artımına təkan verir”
Tarix: 14.06.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Reklam və marketinq layihələri hər bir şirkətin fəaliyyətində vacib yer aldığı kimi, SOCAR-ın əməliyyatları üçün də mühüm rol oynamaqdadır.
Müxtəlif ölkələrdə böyük maraqla izlənən mədəniyyət və idman tədbirlərində SOCAR loqotipinin yer alması onun iqtisadi imkanlarının artımına təkan verir”. Bunu APA-ya açıqlamasında SOCAR və UEFA arasında tərəfdaşlığa münasibət bildirən iqtisadçı-ekspert Nicat Hacızadə deyib.
N. Hacızadə bildirib ki, bu, SOCAR-ın tərəfdaşlıq marketinq strategiyasının tərkib hissəsidir və şirkətin gəlirlərinin artımına təkan verəcək: “Artıq Azərbaycan və İsveçrədəki yanacaqdoldurma məntəqələrimizdə satışların həcmi 15%, Ukrayna və Rumıniyada 20%, Gürcüstanda isə 30% artıb. İdmana dəstək SOCAR-ın uzunmüddətli strategiyasıdır. SOCAR özünü öncədən Azərbaycanda futbol, cüdo, şahmat və digər idman növlərinə davamlı dəstək verən şirkət kimi tanıdıb. SOCAR-ın xarici ölkələrdə də məhz bu idman növlərinə dəstək verməsi onun Azərbaycanda başladığı uzunmüddətli strategiyanın davamıdır”. İqtisadçı-ekspert bildirib ki, SOCAR-ın biznes fəaliyyəti xarici ölkələrə yayıldıqca, marketinq tədbirləri də beynəlxalq miqyasda keçirilməlidir. Bu səbəbdən SOCAR son illərdə Beynəlxalq Cüdo Federasiyası və UEFA ilə tərəfdaşlıq sazişlərinə imza atıb. Öz sərmayə və biznes maraqlarını uzunmüddətli qorumaq üçün SOCAR həm də Avropa ictimaiyyəti ilə münasibətlərini inkişaf etdirir. Dünyanın aparıcı enerji şirkətlərinin fəaliyyətində bu xətt açıq müşahidə olunur: “SOCAR Avropada TANAP qaz boru kəməri, DESFA qazpaylayıcı şəbəkəsi, Maltadakı qaz elektrik stansiyası kimi bir sıra böyük layihələrdə iştirak edir. Bundan əlavə, təbii qazın satışı ilə bağlı Avropanın şirkətləri ilə 25-30 illik müqavilələr bağlanıb. O da bəllidir ki, müəyyən xarici dairələr, əsasən də erməni lobbisi SOCAR-ın sərmayə və biznes maraqlarına qarşı çıxaraq ona qarşı müəyyən kampaniyalar təşkil edir. Bu da digər tərəfdən Azərbaycanın ümumi iqtisadi maraqlarına təhlükə yarada bilər. Qoyduğu sərmayələr və müqavilələrin sabitliyi və təhlükəsizliyini təmin etmək üçün digər şirkətlər kimi, SOCAR da həmin ölkələrdə humanitar aksiyalarda iştirak etməli və özünü həm də qayğıkeş şirkət kimi tanıtmalıdır. İctimaiyyətin əhatə dairəsinə görə futbol üzrə Avropa Çempionatı bunun üçün ideal vasitədir”. N. Hacızadə qeyd edib ki, SOCAR öz investisiya və biznes inkişafı planlarını nəzərə alaraq, Avropada yeni bazarları kəşf etmək imkanlarını daim nəzərdən keçirir və bunun üçün ictimaiyyətlə əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirir: “Məlumdur ki, son illər Qərbdə ksenofobiya meylləri artır, müsəlmanlara qarşı dözümsüzlük güclənir. Buna görə də SOCAR yeni bazarları kəşf etməzdən öncə, özünü tanıtmalı və etimadsızlıq təhlükəsindən sığortalanmalıdır. Tam aşkardır ki, Fransada SOCAR-ın UEFA ilə tərəfdaşlığına qarşı çıxan yeganə ictimai qrup ermənilərdir. Müxtəlif ictimai şüarlarla gündəmə çıxmağa çalışan bu qrupun etirazını hazırda təcrid olunmuş şəkildə müşahidə edirik. Ermənilər əsasən SOCAR-ın güclənməsindən, dünya bazarında və aparıcı şirkətlər arasında ciddi mövqelər əldə etməsindən, nəticə etibarilə Azərbaycanda iqtisadi artıma verə biləcəyi mühüm töhfədən narahatdır. Bu, misal üçün, sosial şəbəkələrdə açıq-aşkar ermənilər tərəfindən təsis edilmiş #STOPSOCAR kampaniyasının bəyannaməsində əks olunur. Fransa televiziya kanallarının birində SOCAR-a qarşı hazırlanmış yeganə süjetin müəllifi də erməni jurnalist Astrid Mezmoryandır. Həmçinin SOCAR-a qarşı azsaylı etiraz aksiyalarının yeganə iştirakçıları da ermənilərdir. Ermənilər kimi qərəzli bir qrupun SOCAR-a qarşı etiraz etməsi, SOCAR-ın Avropada məşhurlaşmasının məhz Ermənistanın maraqlarına zidd olduğunu və Azərbaycanın maraqlarına xidmət etdiyini göstərir”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info