«Serj Sərkisyanın başçılıq etdiyi rejim faşizmə meyillənib»
Tarix: 06.03.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Andreas Qukasyan: «Mart hadisələrindən də ağır faciə gözlənilir, dövləti idarə edən faşist qüvvələr kimi istəyir, öldürə bilər»

Ermənistanda keçirilən və saxtakarlıqda rekord vuran prezident seçkisində namizəd olmuş Andreas Qukasyan «Lragir» nəşrinə müsahibə verib. Qukasyan seçkidən əvvəl aclıq aksiyası keçirməsi ilə diqqət çəkmişdi. O, müsahibəsində qeyd edib ki, namizəd kimi aclıq aksiyası keçirməsinə baxmayaraq, ölkədə olan MDB və Avropadan gələn müşahidəçilər qrupu məsələyə saymazyana münasibət göstəriblər: «Mən onlarla görüşdüm, amma müşahidəçilər verdikləri bəyanatların heç birində aclıq aksiyası ilə bağlı bir cümlə belə, işlətmədilər. Ölkədə baş verən antikonstitutsiya prosesləri nəticəsində hakimiyyət yenə də kriminal-oliqarxlardan təşkil olunan qrupun əlində qalıb və onlar dövlət əmlakını ələ keçirməklə məşğuldurlar. Bütün bu işlər beynəlxalq legitimlik əldə edir və guya demokratiyaya keçid dövrü yaşanır. Axı keçid dövrü 20 il davam edə bilməz.

Ölkədə siyasi böhrandır, insanların dövlətə, partiyalara, beynəlxalq strukturlara inamı qalmayıb. Aclıq aksiyasının məqsədi insanları ayıltmaq idi. Bu gün insanlar necə birləşmək və əxlaqsız rejimdən qurtulmaq haqqında fikirləşirlər. Raffi Ovannisyan yeni siyasi reallıq istiqamətində addım ata bilər. Raffinin topladığı səslər insanlara güc verir və onlar görürlər ki, müxalifətin uzun illərdir mövcud olmayan vahid siyasəti var. İnsanlara inqilabın baş verməsinin nəyə görə vacib olduğunu başa salmaq lazımdır. Raffinin başqa yolu yoxdur. O, özü inqilabın müəllifi olmalıdır. Serj Sərkisyanın vəzifəsinin icrasına başlayacağı vaxta qədər konkret addımlar atılmalıdır». Qukasyan müsahibəsində qeyd edib ki, ölkəni cənginə alan siyasi böhrandan çıxış yolu hakimiyyətin yenidən seçkilər təyin etməsi ola bilər: «Əgər hakimiyyət 10 gün içində seçkilər təyin etməsə, onda hər şeyi xalqın inqilabi ruhu həll edəcək. Avropa İttifaqı ilə əməkdaşlıq imkanları var. Ona görə də hakimiyyət hələlik güc tətbiqindən və siyasi təqibdən çəkinir. Amma hansısa məqamda güc tətbiqi və ya siyasi qüvvələrin ələ alınması prosesi həyata keçiriləcək. 10 gün içində siyasi qüvvələr qərar verməlidirlər». Prezidentliyə keçmiş namizəd müsahibəsində bildirib ki, hakimiyyət vətəndaşların narazılığından ciddi şəkildə narahatlıq keçirir: «Serj Sərkisyanın başçılıq etdiyi rejim faşizmə meyillənib. O, bir tərəfdən beynəlxalq təbriklərə görə rekordçudur, digər tərəfdən Ermənistan faşizmə heç vaxt bu qədər yaxın olmayıb. Sərkisyan bir tərəfdən gücdən istifadə etməyərək Qərbdən təbrik alır, digər tərəfdən ölkədə faşist qüvvələr yaradır. Bu gün polisin görməli olduğu işi faşizmin köməyi ilə görürlər». Qukasyan hesab edir ki, ölkədə 2008-ci ilin mart hadisələrindən də ağır faciə baş verə bilər: «Polis dövlətin nəzarəti altındadır və dövləti idarə edən faşist qüvvələr kimi istəyir, öldürə bilər. Vətəndaş aktivliyi nə qədər çox olsa, hakim partiya faşizmi bir o qədər himayə edəcək. Biz artıq bunu görmüşük-ali təhsil müəssisəsinin rəhbəri ilə hökumət nümayəndəsi yanaşı dayanmışdılar və onların sifətində yazılmışdı ki, bu adamların təhsilə heç bir aidiyyəti yoxdur. Həmin vaxt onların əli boş idi, amma sabah dəyənəklə, bıçaqla silahlanacaqlar. Faşizm tarakan kimidir, qaranlıqda gizlənir, onları işığa çıxaran kimi ölürlər».
Anar





 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info