Həmyerlimiz Neft Mühəndisləri Cəmiyyətinin mükafatına layiq görülüb
Tarix: 14.06.2016 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın sərhədlərindən uzaqlarda intellekti, savadı, təhsili ilə doğulub boya-başa çatdığı məmləkəti, Azərbaycanı tanıdan müasir düşüncəli, ağıllı, kreativ gənclər ölkəmizin uğuru, sərvətidir. Onların elmdə, təhsildə, işlərində qazandıqları nailiyyətlər hər birimizin sevinci, hər birimizin qürur mənbəyidir, bütövlükdə Azərbaycanımızın qələbəsidir. Norveçdə yaşayan həmyerlimiz Rüfət Babayev də belə gənclərdəndir. Norveçin "Statoyl" Neft Şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi çalışan Rüfət Stavangerdə Neft Mühəndisləri Cəmiyyətinin (SPE Stavanger) "İlin gənc mühəndisi" mükafatına layiq görülüb. O, Statfyordun istismar müddətini bitirmiş iki quyusunda boruların tərs qaz axını sisteminin quraşdırılması (İGLS) layihəsində fəaliyyətinə görə mükafatlandırılıb. Bu layihə zəif, ikinci dərəcəli maneələr səbəbiylə şərti qaz axınının tətbiqinin mümkün olmamasından lay təzyiqi ilə boşaldılmış quyularda hasilatı artırmaq və ya başlamaq üçün alternativ həll kimi irəli sürülüb. "Bu iqtisadi səmərəli və alternativ həllər üçün tətbiq olunan ən mükəmməl mühəndislik nümunəsidir. Sən bu mükafata layiqsən, Rüfət!" deyən şirkətin qazma və mühəndislik bölməsinin vitse-prezidenti Erik G. Kirkemo həmyerlimizin layihəsini yüksək qiymətləndirib.
Qeyd edək ki, Rüfət Babayevin aldığı nəticələr barədə məruzəsi 2015-ci ilin martında Neft Mühəndisləri Cəmiyyətinin (SPE) ABŞ-ın Hyuston şəhərində keçirdiyi beynəlxalq konfransında da böyük maraqla qarşılanıb.5 ildən çoxdur ki, Statoyl şirkətində çalışan R.Babayev bu şirkətdə işə başlamazdan əvvəl Xəzər dənizində BP Azərbaycanda çalışıb. O, Almaniyanın Freiberg Mədən Akademiyası Texniki Universitetinin Neft mühəndisliyi üzrə magistr dərəcəsini alıb. Layihə mühəndisi və dizayn, planlaşdırma və icra lideri kimi fəaliyyət göstərib, müxtəlif sahələrdən olan həmkarlarıyla Statfyord quru və dənizdə müdaxilə komandasıyla işləyib, müəllifi olduğu İGLS layihəsi 2014-cü ilin iyul-oktyabr aylarında Statfyord A quyularında uğurla quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, Neft Mühəndisləri Cəmiyyətinin təsis etdiyi bu mükafat neft mühəndisliyi peşəsində və neft sənayesində müstəsna xidmətlərinə, liderlik keyfiyyətlərinə görə verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info