Yeni yaradılan universitetə 5 ixtisas üzrə ilk qəbul aparılacaq
Tarix: 14.06.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Azərbaycan-Fransa Universiteti yeni tədris ilindən fəaliyyətə başlayacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu nazir Mikayıl Cabbarov deyib. Azərbaycan-Fransa Universiteti üçün hər iki tərəfdən tərəfdaş universitetlərin müəyyən edildiyini söyləyən nazir qeyd edib ki, Azərbaycan tərəfindən Dövlət Neft və Sənaye universiteti, Fransa tərəfindən isə Strasburq Universiteti tərəfdaş seçilib.
 M. Cabbarov bildirib ki, hər iki ölkənin digər ali təhsil müəssisələrinin də layihəyə qoşulması imkanı açıqdır: “Lakin bunun üçün müqavilə lazımdır. Bu il artıq universitetə tələbələrin qəbulu olacaq. 5 ixtisas üzrə qəbul planlaşdırılır. Yeni tədris ilinin başlamasına bir neçə ay qalmış bütün təşkilati və digər məsələlərin həlli nəzərdə tutulur. Hazırda binanın təmiri, Təhsil Nazirliyi tərəfindən tədris proqramlarının dəqiqləşdirilməsi, xarici və yerli müəllimlərin seçimi aparılır. Bu universitetdə tədris ilk illərdə ingilis dilində həyata keçiriləcək. Bu da öz növbəsində həm tədris alacaq tələbələrin, həm də müəllimlərin qısa zamanda ən müasir bilgilərlə yiyələnməsinə şərait yaradacaq. Bununla Azərbaycanda son iki il ərzində ikinci böyük xarici universitetin filialı yaradılır. Məqsəd ondan ibarətdir ki Azərbaycan vətəndaşları yüksək keyfiyyətli ali təhsili öz ölkələrində, yaxınlarından ayrılmadan əldə edə bilsinlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info