“İnsan haqlarının qorunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir”
Tarix: 14.06.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


“İnsan haqlarının qorunması və təşviq olunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir. Qanunverici və məhkəmə hakimiyyəti bununla bağlı müvafiq addımlar atıb”. 
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud MəmmədquliyevBMT-nin İnsan Haqları Şurasının 32-ci sessiyasının iclasında çıxışı zamanı bildirib. 
M. Məmmədquliyev bildirib ki, Azərbaycan İnsan Haqları Şurası ilə əməkdaşlığa xüsusi önəm verir: “Azərbaycan BMT-nin İnsan Haqları Şurasının orqanları ilə sıx əməkdaşlıq edir, beynəlxalq sənədlərdə nəzərdə tutulmuş hüquq və azadlıqların həyata keçirilməsi istiqamətində görülən tədbirlər barədə müntəzəm şəkildə məruzələr təqdim edir”. 
Müasir dünyada artmaqda olan dözümsüzlüyün mənfi trendlərdən biri olduğunu deyən nazir müavini Azərbaycanın Şərq və Qərb arasında yerləşməklə, sivilizasiyalar arasında körpü olduğunu bildirib. 
“BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu yaxınlarda Bakıda keçirildi. Mədəniyyətlərarası dialoq və multikulturalizmin təşviq edilməsində dövlətlər üçün qaydalar formalaşdıran Bakı bəyannaməsi qəbul edildi. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və uğurla fəaliyyəti yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizəni gücləndirməyə yardım edib”, - deyə M. Məmmədquliyev əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info