TUMİB xeyriyyə aksiyası keçirib
Tarix: 14.06.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


TÜRKİYƏ UNİVERSİTETLƏRİ MƏZUNLARI İCTİMAİ BİRLİYİ
SOSIAL COMMUNITY OF GRADUATES OF TURKISH UNIVERSITIES
____________________________________________________________________________________________________________________
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, bina 78, B korpusu, 2-ci mərtəbə 211 otaq
Tel: (+99412) 511 73 74, (+99477) 2500100 E-mail: tumib.2000@gmail.com, www.tumib.az _________________________________________________________________________________________________________ 09.06.2016


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı, "New Baku" otelinin dəstəyi ilə iyunun 11-də Lösemi xəstəsi olan 4 yaşlı Rüzgar Məmmədov və ağır Beta Talassemiya xəstəsi 9 yaşli İbrahim Şirinovun müalicəsi üçün xeyriyyə konserti və yardım aksiyası keçirilib. “New Baku” otelində baş tutan tədbirdə Azərbycanın və Türkiyənin tanınmış sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
TUMİB sədri Çingiz Bayramov qonaqları salamladıqdan sonra Azərbaycan xalqının xeyriyyəçilik missiyasına daim sadiq qaldığını bildirib. Ç.Bayramov deyib ki, bu ənənə indi də davam edir. Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həmişə əlil və xəstə uşaqları himayə etdiyini vurğulayan TUMİB sədri hər bir Azərbaycan vətəndaşının bu prosesə töhfə verməli olduğunu bildirib. Natiq maddi və mənəvi dəstəyə ehtiyacı olan Rüzgar Məmmədov və İbrahim Şirinovun xeyrixah insanların köməyi ilə tezliklə öz sağlamlıqlarına qovuşacağına inandığını deyib
Tədbir Azərbaycan və Türkiyənin tanınmış sənət adamlarının maraqlı ifaları, “Kamerton” rəqs qrupunun çıxışları ilə davam etdirilib. Türkiyənin məşhur opera ifaçısı Oya Ergün, Azərbaycanın əməkdar artisti Ədalət Şükürov,TUMİB üzvü, müasir estrada ifaçısı Sənan Nağı, Azərbaycan aşıq sənətinin mahir ifaçıları Fəzail Miskinli və İlham Əsgəroğlu maraqlı çıxışları ilə gecəyə rəng qatıblar.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info