“Sərhəd“ hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
Tarix: 14.06.2016 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-leytnant Azad Ələkbərov oyunlar haqqında məlumat verərək bildirib ki, bu yarışlar gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, üç mərhələdə keçirilən oyunlarda 28 sərhədyanı rayonun 139 məktəbinin 695 şagirdi iştirak edib: "Bu ilki oyunların final mərhələsi iyunun 6-dan 14-dək Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən hərbi hissəsində keçirilib. Final mərhələsində komandalar "sıra hazırlığı", "sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "avtomatın sökülməsi və yığılması", "sərhəd pozucusunun yaxalanması və təxliyəsi", "tüfəngdən hədəfə atəş açmaq", "maskalanma" və "ləpirçilik" sahələrində öz bacarıqlarını nümayiş etdiriblər. Oyunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, bilik və idman yarışlarına qatılıblar".Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə qeyd edib ki, oyunların keçirilməsində məqsəd dövlət sərhəddinin mühafizəsinə marağın artırılmasıdır. Onun sözlərinə görə, yarışlarda məktəblilərin həvəslə iştirakı sərhədçi peşəsinə olan maraqdan irəli gəlir. 
Sonda yarışın qalibləri mükafatlandırılıb. Ümumi balların miqdarına görə, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin "Ləkin" komandası birnci yerə layiq görülüb.  
Qeyd edək ki, DSX, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən hərbi-idman oyunları Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info