Saatlıda kənd təsərrüfatı idarəsinin inzibati binası açılıb
Tarix: 14.06.2016 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Saatlıda Kənd Təsərrüfatı Nazirliyinin rayon kənd təsərrüfatı idarəsinin inzibati binası açılıb. Açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb. İnzibati bina ilə tanışlıq zamanı bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcək.
Sonra nazir Heydər Əsədov Saatlı rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb. Tədbirdə Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan 71 istifadəçiyə 562.681,08 manat məbləğində güzəştlə lizinqlə verilmiş, ümumilikdə, 1.530.385,28 manat məbləğində 114 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının sənədləri təqdim edilib.
Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 38 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınan sənədləri vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.
“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5818 istifadəçinin lizinqə götürdüyü 13020 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 68.297.541,59 manat məbləğində güzəşt tətbiq edilib.
Daha sonra rayonun Sarıcalar kəndində yeni gətirilmiş kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info