Daha bir erməni yalanı ifşa olundu
Tarix: 14.06.2016 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Ermənistan kütləvi informasiya vasitələrində Moldovanın "TV7" telekanalının çəkiliş qrupunun Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlanması barədə xəbəri Azərbaycanın Moldovadakı səfirliyi nəzarətə götürüb və Moldovanın "TV7" telekanalının rəhbərliyinə müraciət edərək, bu faktı araşdırıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Moldovanın "TV7" telekanalının rəhbərliyi Azərbaycanın Moldova Respublikasındakı Səfirliyinə məktubla müraciət edərək, yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın "TV7" telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinq-də yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək, yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib".H.Hacıyevin sözlərinə görə, məktubda o da qeyd olunur ki, hazırki süjetin müəllifi və artıq "TV7" telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan video link-i onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən "European Friends of Armenia" erməni lobbi və diaspora təşkilatina göndərib: "Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib".
H.Hacıyev əlavə edib ki, "European Friends of Armenia" təşkilatı isə Ermənistan KİV-ə ilə birlikdə youtube-da yerləşdirilmiş bu video-nu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb. Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Youtube videohostinqindən də bu video silinib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info