Avstraliyada parlament seçkiləri ilə əlaqədar vaxtından əvvəl səsvermə
Tarix: 15.06.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Avstraliyada iyulun 2-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyən seçicilər vətəndaşlıq vəzifələrini iyunun 14-də başlayan vaxtından əvvəl səsvermədə yerinə yetirə bilərlər.
Bu barədə məlumat yayan Milli Seçki Komissiyası bildirib ki, həmin məqsədlə xüsusi seçki məntəqələri bu gündən fəaliyyətə başlayıb. Milli Seçki Komissiyasının məlumatına görə, vaxtından əvvəl səs vermək üçün seçicilərin ciddi səbəbi olmalıdır. Bu sıraya iyulun 2-də vətəndaşın işdə, səfərdə və ya xəstə olması, həmçinin digər ciddi səbəblər daxildir. Üç il əvvəl keçirilmiş son parlament seçkiləri zamanı seçicilərin 27 faizi (təqribən 3,7 milyon nəfər) vaxtından əvvəl səs vermək hüququndan istifadə etmişdi. Avstraliyada seçkilərdə iştirak vətəndaşların yalnız hüququ deyil, həm də vəzifəsi hesab olunur. Səsvermədə iştirakdan imtina isə cərimə ilə cəzalandırılır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info