BMT-dən ABŞ-a silah satışına nəzarəti sərtləşdirməklə bağlı çağırış
Tarix: 15.06.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl Huseyn ABŞ-da yaşanan son olayla bağlı bu dövləti silah satışına nəzarət üçün davamlı mexanizm yaratmağa çağırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Florida ştatının Orlando şəhərindəki gecə klublarının birində 49 nəfərin ölümü, 53 nəfərdən artıq insanın yaralanması ilə nəticələnən qanlı insident yaşanıb. Qeyd edək ki, bu, ABŞ tarixində 2001-ci ilin 11 sentyabr terror hücumundan sonra baş verən ən qanlı kütləvi qətliamdır. Federal İstintaq Bürosunun məlumatına görə, üç saatlıq qarşıdurmadan sonra məhv edilən Ömər Mətin “İŞİD” terror qruplaşmasının üzvü olub. Bunu terrorçu özü, gecə klubuna hücum etməzdən əvvəl təcili yardıma zəng edərkən də etiraf edib. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama baş verən terror aktını nifrət aktı kimi dəyərləndirib. “Baş verənlərə, insanların asanlıqla silah əldə etməsinə səmərəli izahat tapmaq çox çətindir. Məsuliyyətsiz silah təklifi ictimaiyyətin təhlükəsizliyinə xidmət kimi təbliğ edilsə də, baş verənlər bunun əksini sübut edir. ABŞ-dakı açıq silah satışı məişət zorakılığına, ruhi xəstəliyə, ümumiyyətlə birbaşa daxili və xarici ekstremistlərlə əlaqədə yeni cinayətlər törətməyə yollar açır”-deyə İnsan Hüquqları üzrə Ali Komissar bildirib. Onun sözlərinə görə, ABŞ-dan fərqli olaraq, bir çox ölkələrdə silah satışının tənzimlənməsi və istifadəsinə dövlət nəzarəti mövcuddur. Bu da həmin ölkələrdə zorakılıq hallarının azalmasına səbəb olmaqdadır. “Mən ABŞ-ı baş vermiş dəhşətli hadisədən nətisə çıxarmağa, ümumi iş ətrafında insan hüquqlarına hörmət etməyə çağırış edirəm”- deyə, Ali Komissar bildirib. Onu da qeyd edək ki, ABŞ prezidenti Barak Obama iyunun 16-da Orlando şəhərinə səfər edəcək. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib. “İyunun 16-da prezident Barak Obama məlum hadisələr zamanı ölənlərin yaxınlarına başsağlığı vermək üçün Orlando şəhərinə səfər edəcək”, deyə C.Ernest bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info