Koreya Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərir
Tarix: 15.06.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının ilk iclası keçirilib
Seulda Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib. İclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Koreyanın ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee arasında keçirilən görüşdə ölkələrimizin münasibətlərinin hazırkı səviyyəsinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yerləşdikləri regionlarda iqtisadi cəhətdən parlaq dövlətlər olan Azərbaycan və Koreya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyi bildirilib. Komissiyanın ilk iclasında hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların, səhmdar cəmiyyətlərin rəsmiləri iştirak ediblər. Komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov ölkəmizin müstəqillik illərində keçdiyi yola nəzər salaraq bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası sayəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə son illər müxtəlif sahələrdə qazandığı uğurlardan danışan nazir müavini həyata keçirilən işlər nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdırıb. Azərbaycan-Koreya münasibətləri barədə danışan nazir müavini deyib ki, iki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə geniş əlaqələr mövcuddur. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda, xüsusən BMT çərçivəsində fəal əməkdaşlıq edir. Bu əməkdaşlığın möhkəmləndirilməsində hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri mühüm rol oynayıb. Müxtəlif illərdə dövlət rəsmiləri, işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlərin qarşılıqlı səfərləri çərçivəsində ölkələrimiz arasında iqtisadiyyat, sənaye, fövqəladə hallar, tikinti, ekologiya və digər sahələrə aid mühüm saziş və memorandumlar imzalanıb. Qeyd olunub ki, hazırda Azərbaycan ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Koreya şirkətlərinin iştirakı ilə Azərbaycanda təhsil, səhiyyə, rabitə, nəqliyyat, energetika, şəhərsalma, kənd təsərrüfatı, su təchizatı, habelə mədəniyyət, təhsil və digər sahələrdə iri layihələr həyata keçirilir. Vurğulanıb ki, ticarət-iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi və hər iki ölkənin ixracyönümlü məhsullarının qarşılıqlı olaraq digər ölkənin bazarında satışı üçün səylərin artırılması vacibdir. Komissiyanın Koreya tərəfdən həmsədri, ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə birgə komissiyanın işinin səmərəli olacağına inandığını deyib. Vu Tehee Azərbaycan iqtisadiyyatının inkişafını diqqətlə izlədiklərini deyib, ölkədə xarici firmalar, o cümlədən Koreya şirkətlərinin fəaliyyəti üçün yaradılmış əlverişli biznes və sərmayə mühitini yüksək qiymətləndirib. Bildirib ki, Koreya tərəfi Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən neft-kimya sənayesi, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə daha geniş fəaliyyətə maraq göstərir. İclasda hər iki tərəfdən müxtəlif qurumların rəsmiləri təmsil etdikləri sahələr üzrə əməkdaşlığın perspektivləri barədə təkliflər irəli sürüblər. Müzakirələrdən sonra Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb. Səfər çərçivəsində komissiyanın Azərbaycan tərəfdən həmsədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov “The Korea Herald” qəzetinə müsahibə verib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info