Tarix: 15.06.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 5-ci iclası işə başlayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir. Nazirlikdən bildirilib ki, iclasda şuranın müvafiq sahələrdə konvensiyalarının icrası, 2017-2018-ci illərə dair proqram nəzərdən keçirilib, habelə növbəti iclasadək Rəhbər Komitəsinin sədri və büro üzvləri seçilib. Azərbaycanın öncəki illərdə bu büroya iki dəfə seçildiyini nəzərə alaraq, nümayəndə heyəti büroya regiondan Gürcüstanın namizədliyini təklif edib. İclas zamanı, həmçinin Mədəni Marşrutlara dair təqdimat keçirilib, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təqdim olunan tövsiyələr və Mədəni İrsin qeyri-qanuni dövriyyəsinə dair hazırlanacaq yeni konvensiya müzakirə olunub. Azərbaycan tərəfi çıxış edərək, qeyd olunan konvensiyanı dəstəklədiyini bildirib. Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə də iclasda mühüm yer ayrılıb. Qeyd edək ki, “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı” 2014-cü ildə Bakıda keçirilib. Bununla bağlı Rəhbər Komitə Azərbaycan hökumətinə təşəkkür edib və üçüncü platforma görüşünün bu il sentyabr ayında Estoniyanın Tallin şəhərində təşkil olunacağı bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub. Nümayəndə heyətimiz Belçikanın Valloniya bölgəsinin mədəni irs üzrə naziri Maksim Prevo, Avropa Şurasının demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info