“Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” layihəsi çərçivəsində növbəti tədbir Balakəndə keçirilib
Tarix: 15.06.2016 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən bildiriblər ki, layihə çərçivəsində növbəti konfrans Balakən şəhərindəki “Gənclər evi”ndə keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra dövlət himni səsləndirilib.
Balakəndə fəaliyyət göstərən Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyev konfrans iştirakçılarına rayonun dini-etnik tərkibi haqda ətraflı məlumat verib. O, yerli dini icmalarla sıx əməkdaşlığın rayonda sağlam mənəvi mühitin inkişafında önəmini qeyd edib.
TUMİB-in sədri Çingiz Bayramov tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Layihə barədə ətraflı məlumat verən Ç.Bayramov Azərbaycanda radikallığa qarşı mübarizədən, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitindən, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.
TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Qarayev, İctimai Birliyin Şəki-Zaqatala regionu üzrə nümayəndəsi Rəcəb Feyzullayev, qurumun mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin Gənclər Mərkəzinin sədr müavini Samir Pənəliyev çıxışlarında ölkəmizdə mövcud tolerantlıq mühitinin dünyaya nümunə təşkil etməsini xüsusi vurğulayıb, dini radikallığa qarşı təbliğatda gənclərin rolunun önəmini qeyd ediblər. Çıxışlarda bu baxımdan regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iştirakçılara diplomlar təqdim olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info