350 məhbus azadlığa qovuşdu
Tarix: 16.06.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u qadındır.Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.Amnistiya aktının icrası davam edir.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info