“Kaspi”nin kollektivi Misir Mədəniyyət Mərkəzi və səfirlikdə olub
Tarix: 16.06.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəvəti ilə “Kaspi” qəzetinin kollektivi Mərkəzdə və səfirlikdə görüş keçirib. “Kaspi” qəzetinin saytında yer alan xəbərə görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun Azərbaycan mədəniyyəti, ədəbiyyatı və təhsili ilə bağlı həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.Həmçinin, birgə mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi, mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələlərindən danışılıb. Mərkəzin binasında fəaliyyət göstərən kitabxanada Azərbaycan-Misir əlaqələrindən bəhs edən kitablarla tanışlıq xoş təəssürat yaradıb.Daha sonra Misirin Azərbaycandakı səfirliyində keçirilən görüşdə Azərbaycan və Misir mədəniyyətləri ətrafında müzakirələr aparılıb, ölkələr arasında təhsil, mədəniyyət və turizm əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.Dəvətə görə minnətdarlığını bildirən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva iki ölkə arasında mədəni və təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Azərbaycanla Misir cəmiyyəti arasında oxşarlıqlar çoxdur. Biz öz qarşılıqlı fəaliyyətimizlə insanlar arasında ölkələrimiz barəsində məlumatlılığı artırmağa, iki sivilizasiyanı bir-birinə daha da yaxınlaşdırmağa çalışmalıyıq”.Azərbaycanın mədəni və intellektual ölkə olduğunu qeyd edən Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqındakı təəssüratlarını bölüşüb.Diplomat ölkələr arasında bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.Suzan Cəmil yaxın günlərdə “Kaspi” qəzetinin redaksiyasında qonaq olmaq təklifini də məmnuniyyətlə qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info