Moskvada “XX əsrdə transmilli ermәni terrorunun tarixi” adlı kitab nəşr olunub
Tarix: 16.06.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovun “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı nəşr olunub. 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, monoqrafiya iyunun 15-də “Stolitsa” nəşriyyatında işıq üzü görüb. 
Qeyd edək ki, kitab rus dilində ilk dəfə ötən ilin aprel ayında Bakıda nəşr olunub. Bu il iyun ayının əvvəlində isə Berlində ingilis dilində çap edilib. Hazırda elmi işin türk dilinə tərcüməsi üzərində iş gedir. 
Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında erməni terroru haqqında elmi işinin Rusiya paytaxtında çap olunmasını böyük hadisə adlandırıb: “Bu kitabın nəşrinə inzibati maneələri aradan qaldırmağa nail oldum. Bu çətinliklər 15 ay ərzində məni izləyirdi. Lakin bütün əngəllər aradan qalxdı, çətinliklər bitdi. İndi mən rahat nəfəs alıram, özümü hədsiz dərəcədə xoşbəxt hiss edirəm”. 
Tarixçi alim erməni terroru haqqında kitabın nəşr olunmasına yardım edən, dəstək olan azərbaycanlılara təşəkkürünü və dərin minnətdarlığını bildirib: "Bu ictimai təşəbbüsü dəstəkləyən və maddi vəsait ayıran şəxslərə minnətdaram. Kitabın nəşrinin təşəbbüskarı mən deyiləm, sadə insanlardır, hansıları ki, mən heç şəxsən tanımırdım. Onlar mənə yazdılar və kitabın nəşri üçün yardım təklif etdilər. Hamısına təşəkkür edirəm, həmin insanlar bu uğurun həmmüəllifləridir. Mən Rusiyadakı Azərbaycan diasporundan, Azərbaycandan, İtaliya, Estoniya, Finlandiya və Türkiyədən özəl ianələr aldım. Onların içində mənim üçün ən yadda qalanı İtaliyada yaşayan təqaüdçü Tahir Aslanbəyovun göndərdiyi 100 avro oldu. Yekunda insanların şəxsi təşəbbüslərini konsolidasiya edə bildim və bunun sayəsində vacib nəticə əldə etdim". 
O. Kuznetsov kitabı ilə bağlı planlarını da açıqlayıb: "Monoqrafiyanın makulaturaya çevrilməməsi, kitab və informasiya bazarında hərəkəti üçün səy göstərmək vacibdir. Ona görə də yaxın planlarım arasında kitabın müxtəlif auditoriyalarda - jurnalistlər, alimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təqdimatlarını keçirmək var. Bütün bunlar insanların təşəbbüslərindən və maliyyə imkanlarından asılıdır. Bundan əlavə, hazırda Rusiyanın inzibati subyektlərindəki kitabxanalara, universitetlərə, təhsil müəssisələrinə, eləcə də kitabı almaqda maraqlı olan mütəxəssislərin ev ünvanlarına kitabların kuryerlə göndərilməsi həyata keçirilir. Bu məqsədlə tirajın yarısının istifadə olunacağına ümid edirəm. Tirajın ikinci yarısı isə kitab mağazaları şəbəkəsində satılacaq. Ona görə də, məni hələ uzun və əziyyətli iş gözləyir". 
O. Kuznetsov sentyabrın 3-də Rusiyada terror qurbanları ilə həmrəylik gününün qeyd olunacağını xatırladıb: “Həmin gün xüsusi saytın təqdimatını keçirməyi planlaşdırıram. Bu iş də könüllülük və sponsor dəstəyi tələb edir. Azərbaycan diasporunun dəstəyinə ümid edirəm”. 




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info