Milli Qurtuluş Günü Naxçıvanda qeyd olunub
Tarix: 16.06.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas olub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” adlı məruzəsində bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.
“1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya getdi. On minlərlə insan Bakı Hava Limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”, – deyən İsmayıl Hacıyev vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb. Bu gün hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki xaos, anarxiya baş alıb gedən və vətəndaş müharibəsinə sürüklənən Azərbaycan dövləti onun uzaqgörən siyasəti nəticəsində ağır bəlalardan xilas olub.
Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən İsmayıl Hacıyev bidlirib ki, hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
Sonra sənədli filmə baxış olub.
X X X
“Naxçıvan” Universitetində keçirilən Heydər Əliyev lektoriyasının “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda növbəti məşğələsində Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin bilavasitə Ulu Öndərin adı ilə sıx bağlı olduğu vurğulanıb.
Universitetin rektoru, professor İsmayıl Əliyev ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin qorunmasını təmin edən Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib, Ümummilli Liderimizin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalqın birliyinə nail olunması, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb.
Rektor dahi rəhbərin müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını deyib.
Məşğələdə tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə edib.
Məruzədə qeyd olunub ki, Milli Qurtuluşdan ötən 23 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bu yüksəliş, inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir.
“Azərbaycana ikinci rəhbərliyi dövründə Ümummilli Liderimiz neçə-neçə qərinəyə sığmayan böyük işlər görüb, ölkə həyatının bütün sahələrində əsaslı dönüşə nail olunub, iqtisadi inkişaf təmin edilib” - deyən Elbrus İsayev bildirib ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. İnkişaf və intibah dövrünü yaşayan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının bu gün sürətlə inkişaf etdiyini, onun müdafiə qabiliyyətinin gücləndiyini, əhalinin yaşayış səviyyəsinin xeyli yaxşılaşdığını bildirən Elbrus İsayev bütün bunların ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşun bəhrələri olduğunu vurğulayıb.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.
X X X
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Gününün bəhrələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Sucaxan Novruzov bildirib ki, 1990-cı illərin əvvəllərində ölkəmizdə günü-gündən genişlənən anarxiyanın, hərc-mərcliyin qarşısı ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra alınıb, respublikamız düşdüyü bəlalardan xilas olub, inkişaf və tərəqqi yoluna çıxıb.
Xalqımızın dahi oğlu qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırıb, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilməsini təmin edib.
Ötən müddətdə respublikamız böyük inkişaf yolu keçib, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli Liderin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası, onun ideyalarına sədaqət bu qədim diyarın tanınmaz dərəcədə dəyişməsinə səbəb olub.
Məruzə ətrafında şuranın əməkdaşlarından Xatirə İbrahimli, Vahid Muradov, Gözəl Qənbərova və Taliyə Bağırova çıxış ediblər.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info